Tarix: 19.11.2024 / 18:47
Amerikada yaşayan azərbaycanlı aparıcının   instaqram hesabını kim  bloklayıb?

Amerikada yaşayan azərbaycanlı aparıcının instaqram hesabını kim bloklayıb?

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

Diaspora.TV xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.

Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi.

Şərhlər

Yaz...