Tarix: 04.05.2024 / 11:48
Amerikada yaşayan azərbaycanlı polis çətin durumda…   - O, erməni diasporu ilə məhkəmədə tək qalıb

Amerikada yaşayan azərbaycanlı polis çətin durumda… - O, erməni diasporu ilə məhkəmədə tək qalıb

Türkiyədə yaşayan 1100 azərbaycanlı Prezident Adminstrasiyasına məktub göndərərək, Los-Ancelesdə Ermənistanın təcavüzünə qarşı mitinq iştirakçılarına, o cümlədən Fəxri Mirzəquliyevə yardım göstərilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının icrasını tələb ediblər.

Diaspora.TV xəbər verir ki, məlumatı Kaliforniyadakı Azərbaycan diasporunun nümayəndəsi Fərhad Ələkbərzadə verib.

O, məktubda 1100 nəfərin adı və telefon nömrəsinin olduğunu qeyd edərək imzatoplama kampaniyasının davam etdiyini vurğulayıb.

F.Ələkbərzadə bildirib ki, Fəxri Mirzəquliyev 4 ilə yaxın erməni diasporu ilə məhkəmə çəkişmələrində tək qalıb, həyatı təhlükə altındadır:

“Onun məktubu heç vaxt Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fəxri ilə əlaqə saxlayıb. Xarici İşlər Nazirliyi bütün bu məlumatları, o cümlədən Fəxrinin verdiyi hesabatları kömək istəyi ilə Prezident Administrasiyasına göndərib. Məndə olan məlumata görə, bu xəbərlər heç vaxt Prezidentə çatmayıb. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-a gələrək Fəxri ilə görüşüb. İclasda şahidlər qarşısında bildirib ki, ilk gündən dəstək verilməli idi, o zaman bu məsələ asanlıqla həll olunardı. Fəxrinin məktubunun Prezidentə çatdırmağı xahiş edəndə Fuad Muradov bunu edə bilməyəcəyini, lakin 3 ay ərzində özü kömək edəcəyinə söz verib. O vaxtdan bir ildən çox vaxt keçib. Nəticədə Fəxriyə diasporun inkişafındakı xidmətlərinə görə medal verilib, lakin başqa heç bir yardım göstərilməyib. Amerikada heç kim başa düşmür ki, məmurlar prezidentin birbaşa yardım göstərmək əmrini necə yerinə yetirə bilmirlər”, - F.Ələkbərzadə deyib.


Qeyd edək ki, Los-Ancelesdən çalışan azərbaycanlı polis Fəxri Mirzəquliyevin qəhrəmanlıq hekayəsi 2020-ci ildə Azərbaycanda bütün mediada yayılıb.

Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada ermənilərin təxribatının qarşısını alan azərbaycanlılar arasında canlı qalxan kimi onların qarşısında dayanıb. Karyerasını riskə atan F.Mirzəquliyev mitinqə gedərək üç min nəfərlik təcavüzkar erməni kütləsi ilə əhatə olunan 30 azərbaycanlını hadisə yerindən çıxarıb.

Göndərilən məktubda Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət nümayəndələri və Türkiyənin sadə vətəndaşları bildirirlər ki, məmurlar dövlətimizin başçısının aksiya iştirakçılarına hər hansı hüquqi, mənəvi və maddi dəstək göstərilməsi ilə bağlı göstərişlərinə əməl etməyiblər.

“Bu hadisələrdə iştirak edən əsas şəxs, polis Fəxri Mirzəquliyevin dəstəklənməsi ilə bağlı göstərişlər unudulub və ya sadəcə olaraq diqqətdən kənarda qalıb. Məmurlar onu dövlət mükafatına təqdim etmək əvəzinə, təfərrüatları həm Azərbaycanda, həm də Türkiyədə artıq bütün ictimaiyyətə bəlli olan bu məsələni konkret təzyiqlərlə susdurmağa çalışıblar. Bizim vətənpərvərlik hisslərimizə təsir edən və açıq düşmənlərimizin - bütün dünyada, xüsusən də ABŞ-dakı erməni diasporunun qürur duyduğu belə bir iyrənc faktı reaksiyasız buraxa bilmərik. Biz siyasətçi deyilik. Biz sadə insanlar düşünməyə başladıq ki, sabah özümüzü eyni hadisə ilə qarşılaşsaq, taleyimizi dövlət başçısının fərmanlarına zidd hərəkət edən məmurlar həll etsə, nə olacaq? Bu kimi faktlar milli mübarizəmizə, xalqımızın birliyinə dərin yaralar vurur”, - deyə məktubda bildirilir./zarkalo.az

Şərhlər

Tarana Taghiyeva

Justice for Fakhri!

22.08.2024 / 18:08

KerimovaNahide

Biz her Zaman senin yanindayik

22.08.2024 / 18:07

Elnura Bayramova

Fəxri səninləyik!!

22.08.2024 / 17:56

Nisa Tagizade

Fexriye destek

22.08.2024 / 17:28

Gulnara Hummet

Biz sənə hər zaman dəstək olacayıq. #justice

22.08.2024 / 17:27

Yaz...