Türkiyənin məşhur “Altın Kelebek” mükafatlarına Azərbaycandan namizəd göstərilənlərin kimliyi bəlli olub.
Diaspora.TV xəbər verir ki, bununla bağlı "Altın kelebek"in sosial media hesabında paylaşım edilib.
Siyahıda İTV-nin idman müxbiri Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə yer alıb.
Onlar gecədə "Azərbaycanın parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparacaqlar.