Tarix: 23 Sentyabr 2024 16:53 | Baxış sayı: 232
Alsu bakılı iş adamını narsist    adlandırdı

Alsu bakılı iş adamını narsist adlandırdı

Alsu İnstaqramdakı son paylaşımında keçmiş əri, bakılı iş adamı Yan Abramovunu və onun vəkili Aleksandr Dobrovinskinin onun adını ləkələməyə və karyerasına necə mane olmağa çalışdıqları barədə fikirlərini bölüşüb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, müğənni keçmiş ərini narsisizmdə günahlandıraraq, onu kövrək eqosu olan, üzərində nəzarəti itirməyi qəbul edə bilməyən kişi adlandırıb.

O, iddia edir ki, məhz buna görə Abramov onun reputasiyasını məhv etmək üçün kampaniya aparır. Alsu, narsistik şəxslərin belə vəziyyətlərdə necə fəaliyyət göstərdiyini ətraflı izah etdi: onlar yalan yaya, faktlarla manipulyasiya edə və keçmiş tərəfdaşını pis göstərməyə çalışa bilərlər.

“Narsist boşandıqdan sonra belə sizi tək qoymaz. Bu, onun eqosuna zərbədir və o, reputasiyanızı camaatın gözü qarşısında məhv etməklə qisas almaq istəyir”, – müğənni qeyd edib.

O, həmçinin qeyd edib ki, narsistlər qurbanı haqqında istənilən məlumatı, o cümlədən mətnləri, fotoşəkilləri və videoları cəmiyyətə mənfi şəkildə təqdim etmək üçün yaya bilərlər.

Hələlik Abramov qalmaqalla bağlı açıqlama verməyib, lakin Alsu əmindir ki, onun davranışı şəxsi qisas və vəziyyətə nəzarəti saxlamaq cəhdlərindən qaynaqlanır. O vurğulayıb ki, onun hərəkətləri yalnız münasibətin sona çatması ilə barışa bilməyən və hər kəsə "dəli olduğunuzu" deyən bir narsistin tipik davranışını təsdiqləyir.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?