Tarix: 04.09.2024 / 13:20
Bakılı iş adamından boşanan Alsu necə yaşadığından    danışıb

Bakılı iş adamından boşanan Alsu necə yaşadığından danışıb

Müğənni Alsu Anastasiya Reşetova ilə münasibətdə ittiham etdiyi bakılı iş adamı Yan Abramovdan ayrıldıqdan sonra necə yaşadığını danışıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, indi o, müstəqil olacağı həyatının yeni mərhələsinə başlayır.

“Mən evlilikdən əvvəl atamın, evli olduğum müddətdə isə həyat yoldaşımın himayəsində idim. Bu səhifəni çevirmək mənim üçün çox çətin idi... ”, – deyə Alsu bildirib.

O, düşündüyündən də güclü olduğunu əlavə edib:

"Məndə bəzi gizli güclər açıldı, qadınların hər şeyi edə biləcəyi ortaya çıxdı”.

Alsu boşanmalarına baxmayaraq uşaqlarının ataları ilə ünsiyyətə davam etdiyini söyləyib:

"Valideynlər uşağın həyatında vacib rol oynayır. Bu mövzuda heç nə dəyişmədi, mənim çox müdrik uşaqlarım var".

Şərhlər

Yaz...