Tarix: 05 Sentyabr 2024 15:53 | Baxış sayı: 208
Almaniyadakı azərbaycanlı həkimlərin III Forumu   keçiriləcək

Almaniyadakı azərbaycanlı həkimlərin III Forumu keçiriləcək

14 sentyabr 2024-cü il tarixində Bonn şəhərindəki məşhur Kameha Grand Bonn adlı oteldə Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək. 

Diaspora.TV Diasporla İş Üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, bu mühüm tədbirin təşkilində məqsəd Almaniyadakı azərbaycanlı həkimlər və tibb tələbələri arasında peşəkar bilik və təcrübə mübadiləsi, onların şəbəkələşməsi, iki ölkənin tibb sahəsində əməkdaşlığının inkişafı, ümumən Azərbaycan ilə Almaniya arasında əlaqələrin möhkəmləndirilməsidir.

Bu forumda öz sferalarında aktual mövzuları müzakirə etmək məqsədilə Almaniyanın 79 müxtəlif şəhərindən həkimlər, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər bir araya gələcəkdir. Tədbir Azərbaycan həkimlərinin Almaniya səhiyyəsinə verdiyi töhfəni tanıtmaq üçün unikal imkan yaradacaqdır.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində, II Forumu 18 noyabr 2023-cü ildə Berlin şəhərində təşkil edilib. III Forum Almaniyanın Bonn şəhərində keçiriləcək.

Qeyd edək ki, Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu yerli mətbuatın da diqqətini cəlb edib və geniş işıqlandırılıb:









Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır