Tarix: 13.12.2024 / 13:00
Almaniyada yaşayan soydaşlarımızın diqqətinə:     Uzunmüddətli hücum gözlənilir

Almaniyada yaşayan soydaşlarımızın diqqətinə: Uzunmüddətli hücum gözlənilir

"Biz təkcə hərbi müdafiəyə deyil, həm də mülki müdafiəyə və təbii fəlakətlərdən qorunmağa hazır olmalıyıq. Vətəndaşlar ərzaq ehtiyatı tutmalıdırlar".

Diaspora.TV xəbər verir ki, bu barədə Almaniya Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsinin vitse-prezidenti Rene Funk mümkün fövqəladə hallar barədə danışarkən xəbərdarlıq edib.

R.Funk, xaricdən kritik infrastruktura edilən hücumların sayının artdığını, Almaniyanın hər gün bir çox hibrid hücumlarla üzləşdiyini açıqlayıb.

“Almaniya sakinləri ölkədə hibrid hücumların sayının artması səbəbindən elektrik enerjisinin uzun müddət kəsilməsinə hazırlaşmalıdırlar. Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun, bu, elektrik enerjisinin uzun müddət kəsilməsini əhatə edə bilər", - deyə o bildirib.



Şərhlər

Yaz...