Tarix: 23.08.2024 / 23:03
Almaniyada yaşayan soydaşlarımızın    nəzərinə!

Almaniyada yaşayan soydaşlarımızın nəzərinə!

7 sentyabr 2024-cü il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Frankfurt am Mayn şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

Diaspora.TV xəbər verir ki, səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.

Müraciət etmək istəyən vətəndaşlardan ad, soyad, ata adı, pasportun surətini və əlaqə nömrəsini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şərhlər

Yaz...