Evin həbsxanasında saxlanılan güneyli vəkil Məhəmməd Nəcəfi ailəsi ilə görüşdükdən sonra insult əlaməti ilə əlləri qandallı və ciddi təhlükəsizlik tədbirləri ilə xəstəxanaya aparılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Almaniyada yaşayan güneyli hüquqşünas Sina Yusifi “X” hesabında paylaşım edib.
Sina Yusifi həbsdə saxlanılan güneyli vəkil və hüquq müdafiəçilərinin ağır vəziyyətinə toxunaraq yazıb:
“Boyun fəqərələrinin zədələnməsinə, müalicə və tibbi yardıma ehtiyac olmasına baxmayaraq, vəkil Tahir Nəqəvi həbsxana paltarı geyinib, qandal taxmaqdan imtina etdiyi üçün müalicədən məhrum edilir. Məhəmmədrza Fəqihiyə isə Tehranın Apellyasiya Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası verilib”.