Almaniyada yaşayan azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova beynəlxalq “Velaskes və Qoya” mükafatına layiq görülüb.
Bu barədə Diaspora.TV-yə açıqlamasında azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova özü məlumat verib.
Qeyd edək ki, beynəlxalq Velaskes və Qoya mükafatı incəsənət sahəsində ən nüfuzlu mükafatlardan biridir. Bu, illər ərzində bədii tədqiqatları və sənət əsərlərinin üslub dəyəri ilə fərqlənən bütün rəssamlara verilən bir tanınma nişanıdır. Mükafat rəssamlar, heykəltəraşlar, fotoqraflar, video rəssamlar, ifaçılar və rəqəmsal rəssamlar üçün nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın əvvəlində Marqarita Kərimova-Sokolova incəsənət sahəsində nailiyyətlərinə görə “Arts-Sciences-Lettres” akademik cəmiyyəti tərəfindən gümüş medalla təltif edilib.