Soydaşımız Ramazan Cabbarlı uzun illərdir Almaniyanın Essen Universiteti Klinikası Neyrocərrahiyə şöbəsinin müdiri (Oberarzt) kimi fəaliyyət göstərir.
Diaspora.TV xəbər verir ki, soydaşımız 2016-cı ildən Duisburg-Essen Universitetinin Neyrocərrahiyə kafedrasının dosenti vəzifəsində çalışır (Almaniyada əhəmiyyətinə görə 2-ci dərəcə).
230-dan çox elmi məqaləsi "Stroke", "European Journal of Cancer", "European Journal of Neurology", "Cancers", "Journal of Neurosurgery" kimi nüfuzlu jurnallarda dərc olunub. Bir çox beynəlxalq konfranslarda məruzəçi kimi çıxış edib. Neyrocərrahiyə üzrə elmi araşdırma aparan həkimlər arasında Almaniyada TOP 5-liyə daxildir.
Almaniyada rəsmi olaraq ən yüksək elmi dərəcəsi olan professor titulunu əldə edən yeganə azərbaycanlı həkimdir. Eyni zamanda, dünyada neyrocərrahiyə sahəsində ilk azərbaycanlı professorlardan biri olmaqla ölkəmizin adını qürurla tanıdır!
Qeyd edək ki, məlumatı Avropa Azərbaycanlıları Media Platforması yayıb.