Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb.
Diaspora.TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 80-i yaralanıb.
Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.
Hadisəni törədən sürücü həbs edilib.