Tarix: 16.05.2024 / 18:40
Almaniyada azərbaycanlılara qarşı ikili standarlar mövcuddur-  Diaspor fəalı

Almaniyada azərbaycanlılara qarşı ikili standarlar mövcuddur- Diaspor fəalı

“Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması ilə bağlı hər bir Azərbaycan vətəndaşı kimi maksimum imkanlardan istifadə edirik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev deyib. Onun sözlərinə görə, Almaniyada yaşayan soydaşlarımızla vahid platformada birləşərək müxtəlif tədbirlər həyata keçiririk.

“Bundan başqa Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə geniş miqyaslı tədbirlərə də imza atmışıq. Son tədbirimiz Ulu öndər Heydər Əliyevin 101 illik doğum gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmişdi. İki mindən çox yerli və əcnəbilərin iştiraki ilə ərsəyə gələn tədbirimiz qonaqlar tərəfindən müsbət qarşılandı. Təşkilatımız həftəsonu Ana dili məktəbimizin idman zalına həmvətənlərimizlə yanaşı, müxtəlif ölkələrdən olan idmançıları cəlb edərək onlar arasındakı əlaqələri daha da möhkəmləndiririk”.

Y.Niftəliyev vurğulayıb ki, diasporun fəaliyyətində qarşıya çıxan əsas problem Almaniyada azərbaycanlılara qarşı ikili standartların mövcudluğudur:

“Burada ermənilər din amilindən siyasi alət kimi istifadə edərək bizə çətinliklər yaradır. Bu məsələləri öz gücümüzə həll edirik. Təbii ki, bunun üçün bəzi imkanlardan istifadə etməliyik. Son zamanlar koordinasiya şuralarının, həftəsonu məktəblərin, idman zallarının güclü fəaliyyətə başlaması bizim işimizin daha da asanlaşmasına gətirib çıxaracaq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...