Tarix: 25.08.2024 / 12:12
Almaniya qeyri-qanuni miqrantların əsas   ünvanına çevrilib

Almaniya qeyri-qanuni miqrantların əsas ünvanına çevrilib

Almaniya sərhədini qanunsuz keçməyə cəhdlərin ən çoxu Suriya (54 207 nəfər), Türkiyə (35 732 nəfər) və Əfqanıstan (35 370 nəfər) vətəndaşları arasında qeydə alınıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, miqrantların əksəriyyəti qeyri-qanuni marşrutlar təşkil edən “qaçaqmalçıların” köməyinə müraciət ediblər. Almaniyaya daxil olan qeyri-qanuni mühacirlərin təxminən yarısı sərhədi Polşa (41,9%), üçdə biri Avstriya (29,4%), beşdə biri isə Çexiya (22,5%) vasitəsilə keçib.

BKA-nın hesabatında qeyri-qanuni miqrantların konteynerlərdə Avropa sərhədlərindən keçirilməsi hallarının artdığı da qeyd edilir. 2023-cü ildə belə halların sayı iki dəfədən çox, bu yolla köçürülən şəxslərin sayı isə (təxminən 17500) təxminən 5 dəfə artıb. Agentlik vurğulayıb ki, konteynerlərdə daşınma son dərəcə təhlükəli və qeyri-insanidir ki, bu da yaralanma, hipotermiya, oksigen çatışmazlığı və susuzlaşdırma riskinin yüksək olmasına gətirib çıxarır.

Bundan başqa, miqrantların qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların sayı 2022-ci ildəki 49-dan 2023-cü ildə 58-ə yüksəlib.

BKA-nın məlumatına görə, daha çox Suriya, Almaniya, Türkiyə və Ukrayna vətəndaşları məhkəmə qarşısına çıxarılır. Qaçaqmalçılar müştərilərlə əlaqə saxlamaq üçün ani messencerlərdən, xidmətlərini reklam etmək və vakansiyaları yerləşdirmək üçün isə sosial şəbəkələrdən istifadə edirlər.


Şərhlər

Yaz...