Tarix: 21.08.2024 / 17:40
 Almaniya qaçqınların geri qayıtmasını istəmir  - səbəb nədir?

Almaniya qaçqınların geri qayıtmasını istəmir - səbəb nədir?

Almaniya hökumətinin miqrasiya üzrə komissarı Yoahim Stamp bildirib ki, Almaniyada yaşayan qaçqınlar vətənlərinə getməkdən çəkinməlidirlər, çünki bu, onların hüquqi statusunu dəyişə bilər.

Diaspora.TV xəbər verir ki, bu barədə “ Spiegel” yazıb.

"Almaniya dünyaya açıq qalmalıdır, lakin axmaq da deyil. Almaniya müdafiəyə ehtiyacı olanları müdafiə etməlidir, lakin öz ölkəsində məzuniyyət götürüb Almaniyaya gələnlər müdafiə statuslarını itirməlidirlər və artıq Almaniyada ola bilməyəcəklər”, deyə, o, xəbərdarlıq edib.

Stamp vurğulayıb ki, Almaniya hökuməti “miqrasiya sahəsində daha böyük nizam-intizam yaratmaq üçün yorulmadan çalışır”.

Şərhlər

Yaz...