Tarix: 03.09.2024 / 22:31
Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqanları    deportasiya edib

Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqanları deportasiya edib

Almaniya Taliban hakimiyyətə gələn 2021-ci ildən bəri ilk dəfə olaraq 28 Əfqanıstan vətəndaşını vətənlərinə deportasiya edib.

Diaspora.TV xəbər verir ki, bu barədə “Apnews” məlumat yayıb.

Almaniya sözçüsü Steffen Hebestreit 28 Əfqanıstan vətəndaşını məhkum edilmiş cinayətkarlar kimi xarakterizə edib:

"Almaniyanın təhlükəsizlik maraqları cinayətkarları və milli təhlükəsizliyə təhdid yaradan şəxsləri qorumaq tələblərini açıq şəkildə üstələyir".

Almaniyanın dpa xəbər agentliyi deportasiya edilənlərin cinayətləri arasında zorlama, ağır yaralama və adam öldürmə olduğunu bildirib.

Daxili işlər naziri Nensi Faser bu addımı Almaniyanın təhlükəsizliyi məsələsi adlandırıb:

“Gördünüz ki, biz qanunu tətbiq edərək cinayətkarları Əfqanıstana deportasiya etdik. Düşünürəm ki, bu, qanunun aliliyinə inamı qorumaq üçün lazımdır”.

Berlinin Talibanla rəsmi əlaqələri yoxdur, ona görə də bir çox aksiyalar üçüncü tərəflər vasitəsilə həyata keçirilməli idi.

Deportasiya edilənlər Qatar Airways-in Leypsiqdən Kabilə çarter reysi ilə göndərilib.

Şərhlər

Yaz...