Tarix: 10.10.2024 / 18:38
Alman divarlarında irqçi şüarlar:    “Azərbaycanı və türkləri dayandırın...”

Alman divarlarında irqçi şüarlar: “Azərbaycanı və türkləri dayandırın...”

“Bu yazı doğma şəhərimdəndir. Orada “Azərbaycanı və türkləri dayandırın, artsaxa azadlıq” deyilir. Bir çox yüksək vəzifəli məmurlar tez-tez oradan keçirlər. Demək olar ki, hamı məni tanıyır və haradan gəldiyimi bilir. Amma heç kim buna reaksiya vermir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyada yaşayan fəal azərbaycanlı, Almaniya Mərkəzi Yəhudi Şurasının Direktorluğunun üzvü Ruslan Manaşirov deyib.

R.Manaşirov qeyd edib ki, bir müddət gözlədikdən sonra yaxından tanıdığımız, müxtəlif tədbirlərdə tez-tez rastlaşdığımız şəhər meri və onun müavininə şəxsən üz tutdum:

“Ümid edirəm reaksiya verəcəklər. Əgər heç bir dəyişiklik olmasa, o zaman Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin ilhaqına necə reaksiya verəcəkləri məni çox maraqlandıracaq. Şəhərdə çox adam məni tanıyır. O, yəhudi icmasının nümayəndəsi və antisemitizmlə mübarizə üzrə komissar kimi tanınır. Amma heç kəsə Vətənimi təhqir etməyə icazə verməyəcəyəm!”

Şərhlər

Yaz...