Tarix: 24 Oktyabr 2024 19:16 | Baxış sayı: 887
Ali Rada spikerinin azərbaycanlı müşaviri Krım Platformasının üçüncü sammitində   - FOTOLAR

Ali Rada spikerinin azərbaycanlı müşaviri Krım Platformasının üçüncü sammitində - FOTOLAR

Bu gün Latviyanın paytaxtı Riqada 40-dan çox ölkədən nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Krım Platformasının Üçüncü Parlament Sammitinin rəsmi tədbirləri başlayıb. Tədbirdə Ukrayna Ali Radası spikerinin müşaviri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da iştirak edir.

Diaspora.TV-yə açıqlama verən Hikmət Cavadov bildirib ki, tədbir Latviya Respublikası Seymi tərəfindən Ukrayna Ali Radası ilə birgə təşkil olunub:



“Parlament sammitinin məqsədi dünya liderləri və geniş ictimaiyyət arasında Krımın Rusiya tərəfindən işğalı, insan hüquqlarının pozulması, Qara dəniz regionunda təhlükəsizlik vəziyyəti, qlobal ərzaq təhlükəsizliyi və qaydalara əsaslanan dünya nizamı haqqında məlumatlılığın artırılması idi”.

H.Cavadov ilk olaraq sammitin plenar iclası, sonra isə mətbuat konfransı keçirildiyini bildirib:

“Bundan əlavə, günün ikinci yarısında Rusiyanın məsuliyyəti və müharibənin Avropa təhlükəsizliyinə təsiri ilə bağlı ekspert müzakirəsi oldu. Müzakirələri Krım İnsan Haqları Qrupu, Latviya Beynəlxalq Münasibətlər İnstitutu və Latviya Əməkdaşlıq İnkişaf Platforması təşkil etmişdi. Panellərdə beynəlxalq cinayətlərin qurbanlarına ədalətin necə təmin olunacağı, milli dayanıqlılıq strategiyasının hazırlanması kimi məsələlərə diqqət yetirildi”.



H.Cavadov günün sonunda “BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyü və dünya nizamının bərpası” bəndinə həsr olunmuş Sülh Formulasına dair yüksək səviyyəli konfransın da keçirildiyini vurğulayıb:

“Tədbirin məqsədi “BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyü və dünya nizamının bərpası” komponentinin həyata keçirilməsinə töhfə verməkdir”.



Xatırladaq ki, H.Cavadov dünən Riqda iki ölkənin parlament sədrlərinin iştirakı ilə Ukrayna Ali Radası və Latviya Respublikası Seymi nümayəndə heyətlərinin birgə toplantısında da iştirak etmişdi.


Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs