Tarix: 13.07.2024 / 22:50
Alban diasporu vətəndə   səsvermə hüququ tələb edir

Alban diasporu vətəndə səsvermə hüququ tələb edir

Alban diasporu xaricdəki soydaşlarının vətəndə səsverməsinin təmin olunması tələbi ilə aksiya planlaşdırır. Onlar soydaşlarını bu hüququn reallaşdırılması tələbi ilə 18 iyulda parlament qarşısında aksiya keçirməyə çağırıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, immiqrantlar 2025-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək arzusundadırlar.

Onlar yaşadıqları ölkələrdən vətəndə keçirilən seçkilərdə səsvermək istəklərinin təmin olunmasını xahiş ediblər.

Sosial mediada “#duatëvotoj2025” həştəqi ilə iyulun 18-də parlament binası qarşısında aksiyalara çağırış edilir. Bu məsələni Albaniya müxalifəti də israrla tələb edir. Lakin 2025-ci ildə mühacirlərin öz iradələrini ifadə edə biləyəcəyi ilə bağlı qərar hələ verilməyib.

Şərhlər

Yaz...