Tarix: 30.10.2024 / 12:15
Ağalarovun konsertləri niyə    ləğv olundu?

Ağalarovun konsertləri niyə ləğv olundu?

Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.

Diaspora.TV xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.

Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq. Ağalarov, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.

Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb.




Şərhlər

Yaz...