Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarovun “Agalarov Development” şirkəti Özbəkistanın paytaxtı Daşkənddə yeni irimiqyaslı memarlıq layihəsi olan “Agalarov Residence”in istifadəyə verildiyini elan edib. Layihəyə qoyulan investisiyalar təxminən 133 milyon dollar təşkil edir.
Diaspora.TV xəbər verir ki, bu barədə “Moskva-Bakı” məlumat yayıb.
21 mərtəbəli bir neçə hündür qüllədən və 27 mərtəbəli əsas qüllədən ibarət kompleks Özbəkistan paytaxtının ən gözəl müasir tikililərindən birinə çevriləcək. Layihə 750 mənzildən ibarət premium apart-otel formatında dizayn edilib. Ərazidə düşünülmüş infrastruktur, rahat parkinq və abadlaşdırılmış həyət var.
“Artıq sentyabr ayında biz tikintinin aktiv mərhələsinə başlayırıq. Layihənin planlaşdırılan müddəti üç ildən çox deyil. Bakıdakı Sea Breeze kurort şəhərimizdə olduğu kimi, burada da sərfəli şəkildə daşınmaz əmlak alıb icarəyə verib pul qazana bilərsiniz. Mən istərdim ki, bu kompleks Daşkəndin ən diqqətçəkən daşınmaz əmlak obyektlərindən birinə çevrilsin”, - deyə Emin Ağalarov bildirib.