Tarix: 31.07.2024 / 15:10
Adam oğurluğunda şübhəli bilinən 2 azərbaycanlı   həbs edildi

Adam oğurluğunda şübhəli bilinən 2 azərbaycanlı həbs edildi

Çelyabinsk vilayətində adam oğurluğunda şübhəli bilinən iki xarici ölkə vətəndaşı saxlanılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, adam oğurluğu və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşına qarşı cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, bu il iyulun 29-da axşam saatlarında Yemanjelinsk şəhərinin Engels küçəsindəki 17 saylı evin yaxınlığında miqrantlar 23 yaşlı Tacikistan vətəndaşını avtomobillə qaçırıblar. Bundan sonra onlar əcnəbinin ortağı ilə əlaqə saxlayıb və onu öldürməklə hədələyərək ondan 500 min rubl tələb ediblər.

Təhlükəsizlik qüvvələri 27 yaşlı adam qaçıranları qısa müddətdə saxlayıb. Hazırda onlara qarşı ittiham irəli sürülməsi nəzərdə tutulur, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Cinayət işi üzrə istintaq davam edir.

Hadisənin bütün halları, o cümlədən müttəhimlərin Rusiya Federasiyası ərazisində qalmasının qanuniliyi müəyyən edilir.



Şərhlər

Yaz...