Tarix: 19.06.2024 / 11:46
ABŞ vətəndaşlarıyla evli olan   500 min nəfərə vətəndaşlıq veriləcək

ABŞ vətəndaşlarıyla evli olan 500 min nəfərə vətəndaşlıq veriləcək

ABŞ vətəndaşlarıyla evli olan 500 min nəfərə və onların 50 min uşağına vətəndaşlıq veriləcək.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bununla bağlı qaydaları açıqlayacaq.

Proqram bu adamlara həyat yoldaşlarına və uşaqlarına ABŞ-ı tərk etmədən daimi yaşayış üçün müraciət etmək imkanı verməklə, ailə ayrılıqlarını aradan qaldıracaq.

Qeyd edək ki, “DACA” proqramı 2012-ci ildə keçmiş prezident Barak Obama və o vaxtkı vitse-prezident Bayden tərəfindən başladılıb. Hazırda bu, deportasiyanın qarşısını alır və uşaq ikən ABŞ-a gətirilən 528.000 nəfərə iş icazəsi verir.

Şərhlər

Elnur Nəhmətov

Onda gedirik Amerikaya

19.06.2024 / 17:12

Yaz...