Tarix: 28.09.2024 / 12:16
Kamala Harrisdən Qarabağ erməniləri ilə bağlı    gözlənilməz açıqlama

Kamala Harrisdən Qarabağ erməniləri ilə bağlı gözlənilməz açıqlama

ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris ermənilərin Qarabağa qayıtmaq hüququ ilə bağlı gözlənilməz açıqlama verib.

Diaspora.TV xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının erməni icmasına Ermənistanın Müstəqillik Günü münasibətilə təbrikdə deyilir.

“Mən Ermənistan və onun qonşuları arasında suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edən davamlı sülhə sadiqəm. Dağlıq Qarabağdan “didərgin” düşmüş ermənilərin sağ-salamat “öz evlərinə” qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün həyati əhəmiyyət kəsb edir”, - deyə Kamala Harris bildirib.

ABŞ prezidentliyinə namizəd müraciətində qondarma “erməni soyqırımı” mövzusunu da qaldırmağı unutmayıb.

Onun sözlərinə görə, erməni icmasının dözümlülüyü Amerikanın kollektiv tarixində ilham mənbəyi olaraq qalır. Düzdür, Harris bu möhkəmliyin tam olaraq nədən ibarət olduğunu izah etməyib./Moskva-Baku



Şərhlər

Yaz...