Tarix: 29.10.2024 / 10:45
ABŞ ermənilərindən Tramp və Harrisə:    Azərbaycana qarşı konkret addım atmadınız!

ABŞ ermənilərindən Tramp və Harrisə: Azərbaycana qarşı konkret addım atmadınız!

ABŞ-dəki erməni daşnaklarının aparıcı təşkilatı olan “ANCA”( Amerika Ermənilərinin Milli Komitəsi) “X” plarformasında prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın əleyhinə açıqlama paylaşıb.

Diaspora.TV xəbər verir ki, təşkilatın icraçı direktoru Aram Suren Hamparyanın adından paylaşılan açıqlamada hər iki namizəd ciddi şəkildə qınanılır və onların ermənilərin səslərini qazanmaq cəhdlərinin əbəs olduğu vurğulanır. Səbəb kimi isə hər iki şəxsin Azərbaycan əleyhinə əməli addımlar atmadıqları göstərilir:

“Harris və Tramp kampaniyalarının son dəqiqələrində erməni amerikalıları ələ almaq üçün sözlərdən istifadə etməklə bizim inancımızı və dəstəyimizi qazanmaq cəhdləri çətin ki, baş tutsun".

Hər iki tərəfin bir neçə il ərzində etdikləri günahlar az deyil.

Bakının cavabdehlik daşıması, Azərbaycanın yeni təcavüzünün qarşısını almaq və ya “Artsax” (Qarabağ-res.) ermənilərinin geri qayıtmasını təmin etmək üçün konkret addımlar atmayıblar.

“Bu, dörd ildən bir təkrarlanan birdəfəlik görüşlər, səhnələşdirilmiş fotosessiyalar və ya “copy-past” təşviqat vədləri ilə unudulmayacaq və heç vaxt bağışlanılmayacaq”, - Aram Suren Hamparian bildirib.

Göründüyü kimi, erməni seçiciləri ümidlərinin puça çıxdığını açıq etiraf edirlər. Lakin bu, eyni zamanda, Kaliforniyada əhəmiyyətli seçici səslərinə malik olan daşnakların namizədlərə seçkiqabağı mesajları və şantajları kimi də qiymətləndirilməlidir.

Şərhlər

Yaz...