Tarix: 24.08.2024 / 16:42
ABŞ erməniləri Qarabağla bağlı Qorbaçova necə təzyiq göstərib?   - Rus general sirləri açdı

ABŞ erməniləri Qarabağla bağlı Qorbaçova necə təzyiq göstərib? - Rus general sirləri açdı

"Əminliklə deyə bilərəm ki, Qarabağ münaqişəsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bu münaqişə Ermənistan daxilindəki radikal strukturların təşəbbüsü ilə başlayıb".

Diaspora.TV xəbər verir ki, bu barədə İnterpolun Rusiya Bürosunun keçmiş rəhbəri, Daxili İşlər Nazirliyinin istefada olan general-mayoru, Rusiya Federasiyası daxili işlər nazirinin müşaviri Vladimir Ovçinski “Ukraina.ru”ya müsahibəsində danışıb.

"Hələ 1990-cı ildə Ermənistanla Azərbaycan arasında ilk toqquşmalar başlayanda mən Daxili İşlər Nazirliyinin Stepanakertdəki (Xankəndiyə SSRİ-nin verdiyi ad) qrupunda idim. Və əminliklə deyə bilərəm ki, Qarabağ münaqişəsinin təşəbbüskarı məhz Ermənistan tərəfi olub", - general-mayor bildirib.

Vladimir Ovçinski qeyd edib ki, ABŞ-dakı erməni icması Qarabağı Ermənistana vermək üçün Mixail Qorbaçova təzyiq göstərmişdi:

"Sonra “Krunk” cəmiyyəti yarandı və SSRİ-də ilk kütləvi “demokratik” nümayişlər İrəvanda baş tutdu. Sonra Sumqayıt hadisələri baş verdi. Amma qeyd etmək lazımdır ki, bundan əvvəl Stepanakertdə (onlar şəhərdən qovulmuşdular) və Ermənistanın özündə azərbaycanlıların soyqırımı olub".

Ovçinski qeyd edib ki, Sumaqist hadisələrində də əsas rolu altı dəfə məhkum olunmuş cinayətkar Qriqoryan oynayıb.

Şərhlər

Yaz...