Tarix: 15.09.2024 / 17:20
 ABŞ əhalisi miqrantların hesabına    necə artır?

ABŞ əhalisi miqrantların hesabına necə artır?

2023-cü ildə əcnəbi ABŞ sakinlərinin payı 14,3%-ə yüksəlib ki, bu da son 100 ilin ən yüksək səviyyəsidir.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosunun son hesabatına görə, artımın böyük hissəsi miqrantların hesabına baş verib.

ABŞ-da doğum nisbəti azalmağa davam etdiyi üçün miqrasiya son illərdə əhali artımının əsas hərəkətvericisinə çevrilib. 2023-cü ildə əhali artımının üçdə ikisindən çoxu beynəlxalq miqrantların hesabına olub.

Sonuncu dəfə əcnəbilərin bu qədər yüksək faizi 1910-cu ildə daha yaxşı həyat dalınca gələn mühacirlərin hesabına qeydə alınıb.

ABŞ əhalisinin demoqrafik strukturu da dəyişməkdə davam edir. Latın amerikalıların payı 19,4%-ə yüksəlib ki, bu da miqrasiyanın ölkənin simasının dəyişməsindəki rolu barədə müəyyən təsəvvür yaradır. Eyni zamanda, avropalı və asiyalı miqrantların xüsusi çəkisi azalıb.

Miqrasiyanın artması təkcə milli səviyyədə deyil, ayrı-ayrı ştatlarda da müşahidə olunur. Xaricdə doğulmuş populyasiyalarda ən böyük artım Delaver, Corciya və Nyu Meksikoda qeydə alınıb, Aydaho və Minnesota da daxil olmaqla bir sıra digər ştatlarda miqrantların payı bir qədər azalıb.

Əhalinin tərkibindəki dəyişikliklər digər demoqrafik meyllərlə də müşayiət olunur. Amerikalıların orta yaşı artmaqda davam edir və 2023-cü ildə bu rəqəm 39,2 yaşa çatır. Pensiyaçıların payı da artır ki, bu da ölkənin sosial və iqtisadi sistemləri üçün əlavə problemlər yaradır.

Şərhlər

Yaz...