Tarix: 28.08.2024 / 15:44
 ABŞ dini icmaların mühafizəsi üçün nə qədər   xərcləyəcək?

ABŞ dini icmaların mühafizəsi üçün nə qədər xərcləyəcək?

ABŞ dini qrupları qorumaq üçün əlavə 150 milyon dollar xərcləyəcək.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, Federal hökumət dini təşkilatların təhlükəsizliyini təmin etmək üçün bu il 2023-cü ildə olduğundan təxminən 150 milyon dollar daha çox xərcləməyə qərar verib. Hökumət bu addımı oktyabrın 7-dən İsrail-ərəb münaqişəsindən sonra artan dini konflitlər fonunda çoxalıb.

Daxili Təhlükəsizlik Departamenti keçən həftə ibadət evlərində və dini təşkilatlarda təhlükəsizlik tədbirlərini maliyyələşdirən Qeyri-Kommersiya Təhlükəsizliyi Qrant Proqramı üçün bu maliyyə ilində 454,5 milyon dollar ayırdığını elan edib. Bu, proqrama indiyə qədər ayrılmış ən böyük məbləğdir və keçən ilki 305 milyon dollardan əhəmiyyətli miqdarda çoxdur.

Əslən yəhudi olan milli təhlükəsizlik katibi Alejandro Mayorkas bu barədə belə deyib:

"Bu gün elan edilən vəsaitlər ölkə daxilində dini icmaların təhlükəsizliyini gücləndirəcək, onları terrorizm və digər təhdidlərdən qorumaq üçün zəruri olan həyati resurslarla təmin edəcək. Bu qrantların təsiri faciələrin qarşısının alınması ilə ölçüləcək".

Şərhlər

Yaz...