Tarix: 01.11.2024 / 12:17
ABŞ-dən COP29-da kimlər    iştirak edəcək?

ABŞ-dən COP29-da kimlər iştirak edəcək?

ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

Diaspora.TV ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, 11-22 noyabr tarixlərində ABŞ-nin 20-dən çox departament, agentlik və təşkilatından yüksək vəzifəli rəsmilər iştirak edəcəklər.

Nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Mümayəndə heyətinə kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cenifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, Ətraf Mühitin Müdafiəsi Agentliyinin administratorunun müavini Ceyn Nişida, ticarət katibinin okeanlar və atmosfer üzrə müavini, Milli Okean və Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins daxildir.

Nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət, investisiya, gənclərlə bağlı məsələlər üzrə fəaliyyət göstərən rəsmilər də daxildir.

Şərhlər

Yaz...