Tarix: 16.11.2024 / 12:51
ABŞ-də yaşayan azərbaycanlı xanəndənin  daha iki uğuru

ABŞ-də yaşayan azərbaycanlı xanəndənin daha iki uğuru

ABŞ-də yaşayan azərbaycanlı xanəndə Aqil Süleymanov bu ölkədə təşkil olunan “LIT MUSIC AWARDS” Beynəlxalq Musiqi Festivalında 2 medal qazanıb.

Diaspora.TV xəbər verir ki, A.Süleymanova müsabiqədə “Ninne yarım” mahnısını təqdim edib və “Ən yaxşı kişi ifaçısı” kateqoriyası üzrə qızıl medala, “Ən yaxşı xalq musiqisi” kateqoriyasında isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, A.Süleymanov ABŞ-də Azərbaycan muğamının yeganə təmsilçisidir. O, yeddi ildən artıqdır ABŞ-də yaşayır və burada muğam sənət musiqisini təbliğ edir.

Xatırladaq ki, azərbaycanlı xanəndə noyabrın 8-də, Zəfər Günündə, Nyu-Yorkun böyük musiqi səhnələrindən biri “Linkoln Mərkəzi”ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. O, professor Corc Mürerlə bərabər “Leyli və Məcnun” operasını glən ilin aprel ayında ABŞ-də səhnələşdirmək niyyətindədir.

Şərhlər

Yaz...