Tarix: 29.10.2024 / 13:16
ABŞ-də yaşayan azərbaycanlı uşaqların    sərgisi keçirilib

ABŞ-də yaşayan azərbaycanlı uşaqların sərgisi keçirilib

Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə balaca soydaşlarımızın “Mənim sehrim” adlı rəsm sərgisi keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, sərgidə rəsm müəllimii Aytən Mövlamovanın 10 şagirdinin 40-dan çox rəsm əsəri nümayiş etdirilib. Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Mahmud Mahmudzadə də sərgiyə qatılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova layihənin davamlı şəkildə həyata keçirilməsinin Azərbaycan icmasının birliyinə, uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət etdiyini bildirib.

Sərginin iştirakçısı və ziyarətçisi uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.



Şərhlər

Yaz...