Tarix: 31.08.2024 / 12:54
 ABŞ-də azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni    axtarışa verilib   - VİDEO

ABŞ-də azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni axtarışa verilib - VİDEO

ABŞ-də erməniəsilli keçmiş tələbə Aram Brenson Çikaqo Universitetinin yataqxana otağında bomba hazırlamaqda ittiham olunur.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, A.Brenson Çikaqo Universitetinin yataqxanasında partlayış törədib, daha sonra yalan məlumat yaymaqla bu faktı gizlədib.

Bundan əlavə, o, partlayıcı qurğunun istehsalı üçün gizli planlar hazırlamaqda ittiham olunur.

Qeyd olunur ki, 21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən "Loqan" Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. O, saxta məlumat verməkdə və məlumatı gizlətməkdə, habelə federal quruma yalan ifadələr verməkdə ittiham olunur.

Hazırda A.Bransonun Ermənistanın paytaxtı İrəvanda yaşadığı və bu ölkədəki Amerika Universitetində təhsil aldığı güman edilir. O, ABŞ-də federal ittihamlarla axtarışdadır.

İttihama görə, A.Branson bu bombadan azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.




Şərhlər

Yaz...