Tarix: 25.08.2024 / 16:45
ABŞ-dakı yunan diasporunun   ikiüzlü gedişi

ABŞ-dakı yunan diasporunun ikiüzlü gedişi

Amerikadakı yunan arxiyepiskopu Elpidoforos İllinoys ştatının Çikaqo şəhərində keçirilən Demokratik Partiyasının 2024-cü il Milli Konvensiyasında “demokratlara” xeyir-dua verib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Amerikadakı yunan diasporunun əsas dayaqlarından olan arxiyepiskopun prezident seçkilərindən əvvəl həm Respublikaçılar, həm də Demokratlar partiyalarının qurultaylarında dəstək üçün dəvət olunması çoxdankı ənənədir.

Demokratların nüfuzlu şəxslərinin iştirak etdiyi tədbirdə arxiyepiskop Elpidoforos ABŞ prezidenti Cozef Baydenə və xanımına da dualar edib, onun ünvanına xeyli təriflər səsləndirib.

Tədbirdə, həmçinin Yunanıstanın ABŞ-dakı səfiri Ekaterini Nassika, Kipr Respublikasının ABŞ-dakı səfiri Evangelos Savvai da iştirak edib.

Arxiyepiskopun Respublikaçıların tədbirində də iştirakı gözlənilir.

Şərhlər

Yaz...