ABŞ-dakı Erməni Milli Komitəsi Azərbaycan əleyhinə böhtan xarakterli növbəti tədbir keçirməyi planlaşdırır.
Diaspora.TV Erməni Milli Komitəsinin saytına istinadla xəbər verir ki, “Məsuliyyət | 2024” adlandırdıqları və sentyabrın 19-da Kapitoli təpəsində keçirmək istədikləri toplantıya bəzi konqresmen və senatorları da dəvət ediblər.
Sentyabrın 19-da saat 18:00-da başlayacaq tədbir Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində antiterror tədbirləri keçirməsinin öldönümünə təsadüf edir. Erməni-daşnak diasporu bu toplantıda iftiraçı xislətlərinə sadiq qalaraq ölkəmiz və xalqımız əleyhinə növbəti dəfə böhtanlar səsləndirməklə yanaşı, Azərbaycan vətəndaşlığını qəbul etməyən erməni seperatçılarının Qarabağa yenidən yerləşdirilməsini tələb edəcəklər.
Erməni-daşnak icmasının rəhbəri Aram Hambaryan deyib ki, ermənilər ABŞ-ın hər yerindən Vaşinqtona toplaşaraq Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqini və Azərbaycana silah satışının qadağan olunmasının qanuniləşdirilməsi tələbi ilə çıxış edəcəklər.