Tarix: 30.07.2024 / 21:18
ABŞ-da müsəlmanlara qarşı   ayrı-seçkilik halları artıb

ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkilik halları artıb

ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkilik və hücumlar 2024-cü ilin birinci yarısında 70% artıb.

Diaspora.TV xəbər verir ki, bu barədə “Reuters” Agentliyi Amerika-İslam Münasibətləri Şurasının (CAIR) məlumatlarına istinadən məlumat yayıb.

Müəyyən edilib ki, bu ilin son altı ayı ərzində CAIR-ə müsəlmanlara qarşı ayrı-seçkilik, habelə nifrət cinayətləri ilə bağlı 4,9 min məlumat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 70% artıb.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, ən çox şikayət təhsil, məşğulluq və sığınacaq sahəsində ayrı-seçkiliklə bağlı olub. 2023-cü il ərzində CAIR təxminən 8 min belə şikayət qəbul edib ki, bunlardan 3,6 mini son üç ayında - Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra olub.


Şərhlər

Yaz...