ABŞ-da ermənilərin “Qarabağ” marketi... - Məşhur bloger çağırış etdi - VİDEO
Amerikada yaşayan tanınmış azərbaycanlı bloger, tiktoker Mahir Məmmədli ABŞ-da ermənilərin açdığı “Qarabağ” adlı supermarketdə görüntüsü ilə gündəmə gəlib.
Diaspora.TV xəbər verir ki, M.Məmmədli sosial şəbəkə hesabında ABŞ-da ermənilərin “Qarabağ” marketindən görüntülər yayıb.
M.Məmmədli bildirib ki, ermənilər bu marketi məqsədli şəkildə açıb, təbliğat aparırlar:
“Ermənilər bu yolla amerikalıları “Qarabağ”ın Ermənistana məxsus olmasına inandırmağa çalışırlar. Ermənilər həmçinin “Qarabağ” adlandırdıqları bu marketdə satılan məhsulların hamısını Ermənistan istehsalı adı ilə satırlar. Bunun da səbəbi odur ki, nə zamansa hansısa amerikalının yanında Qarabağ deyilsə, yadlarına Ermənistan düşsün”.
M.Məmmədli marketdə ermənilərin çox olduğunu nəzərə alıb davamlı çəkiliş apara bilməyib.
“Marketin işçiləri də ermənilərdir. Bizə aid ad altında belə bir marketin fəaliyyət göstərməsi qəbuledilməzdir. Ümid edirəm ki, səsim eşidiləcək”, - deyə bloger əlavə edib.