Tarix: 25 İyun 2024 19:52 | Baxış sayı: 1731
Bakılı iş adamı ilə bağlı yeni iddia  - AÇIQLAMA

Bakılı iş adamı ilə bağlı yeni iddia - AÇIQLAMA

Alsu və Yan Abramovun boşanması xəbərindən sonra sosial şəbəkələrdə boşanmanın günahkarının Anastasiya Reşetovanın olması ilə bağlı şayiələr yayılıb.

Diaspora.TV xəbər verir ki, modelin özü isə bu fərziyyələri rədd edir.

Anastasiya Reşetova ictimaiyyəti əmin edib ki, o, heç vaxt evli bir kişi ilə münasibətdə olmayacaq. Alsu isə Anastasiyanın bu açıqlamasına “instagramda” Notepad nəşrinin dərci altında şərh yazaraq cavab verib:



"O, yalan danışır" deyən Alsu şərhinə göz qırpan bir ifadə əlavə etdi. Müğənninin pərəstişkarları isə belə qənaətə gəliblər ki, ulduzun əri modellə onu aldadıb”.

Qeyd edək ki, Yanın Alsuya Anastasiya ilə xəyanət etdiyi hələ ötən ilin yayından bəllidir. Eyni zamanda, bəzi sosial media izləyiciləri modellə müğənni arasında güclü xarici oxşarlığın olduğunu müşahidə ediblər:

“Məni kiminləsə müqayisə edəndə, əslinin mən olduğunu unutmayın”- deyə Alsu cavab verib.

Anastasiya isə görünüşü ilə bağlı tənqidlərə cavab verməyib:

“Eyni zamanda, Anastasiya özündən üç yaş böyük bir kişi ilə münasibətdə olduğunu israrla bildirib. Alsunun əri bu parametrə uyğun gəlmir, çünki Anastasiyanın 28, Yan Abramovun isə 46 yaşı var. Daha sonra model evli kişiləri cəlb etmədiyini və onlarla münasibət qurmaq niyyətində olmadığını bildirib”.

“Son bir il ərzində psixoterapiya sayəsində bu vəziyyətə baxışım çox dəyişdi. İndi münasibətdə olmasaydım belə, evli bir insana (hətta sadəcə münasibətdə olan birinə) potensial tərəfdaş kimi baxmazdım. Belə kişilərin cazibədarlığı gözlərdə yox olur. Mən indicə bu qənaətə gəldim”, – deyə model bildirib.

Qeyd edək ki, müğənni Alsu və bakılı iş adamı Yan Abramov 2006-cı ildə ailə qurublar. Evliliklərindən onların iki qızı - Safina, Mikella və Rafael adlı bir oğlu var.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?