Tarix: 25.10.2024 / 11:05
88 il həbs cəzası alan azərbaycanlılara    dəstək  kampaniyası başladı

88 il həbs cəzası alan azərbaycanlılara dəstək kampaniyası başladı

Tehran İnqilab Məhkəməsinin xüsusi qəddarlığı ilə tanınan hakimi Əbülqasım Sələvatinin Güney azərbaycanlı milli fəallara ümumilikdə 88 il həbs cəzası verməsindən sonra onlara dəstək kampaniyasına başlanılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Sosial şəbəkələrdə edilən paylaşımlarda onların dərhal azadlığa buraxılması və hüquqlarının tanınması üçün birləşməyə çağırış edilib.

Paylaşımlarda kampaniyaya çağırış edilərək yazılıb:

"Təbriz vaxtı ilə saat 09:00-da başlayacaq 24 saatlıq “Trend Topik” kampaniyasına qoşulun! Onların və Güney Azərbaycanın səsi olun! Gəlin səsimizi eşitdirək".



Şərhlər

Yaz...