Tarix: 27.10.2024 / 09:09
50 yaşlı qadınla evlənən 33 yaşlı azərbaycanlı    prokurorluğu şübhələndirib

50 yaşlı qadınla evlənən 33 yaşlı azərbaycanlı prokurorluğu şübhələndirib

Özündən 17 yaş böyük rus qadınla evlənən azərbaycanlının 2018-ci ildə Moskvada bağlanan nikahının uydurma olduğu üzə çıxıb.

Diaspora.TV xəbər verir ki, Rusiyanın Qus-Xrustalnı şəhər prokurorluğu 50 yaşlı yerli sakinin 33 yaşlı azərbaycanlı ilə rəsmi nikah bağladığını müəyyən edib. Azərbaycanlının sonradan evlilik yolu ilə yaşayış icazəsi aldığı bildirilir.

İddia edilir ki, Qus-Xrustalnıdan olan şəxs o vaxt çətin maddi vəziyyətdə olub və 20 min rubl müqabilində əcnəbi ilə evlənməyə razılaşıb. Nikahdan sonra arvad ərini üzünü görməyib.

Qadın isə iddiaları rədd edərək ərindən çox razı olduğunu, azərbaycanlı kişinin onu hərtərəfli təmin etdiyini bildirib.

Şərhlər

Yaz...