Tarix: 23.09.2024 / 17:51
 “50 dil arasında Azərbaycan dili öyrədilir” –    Kanada azərbaycanlıları

“50 dil arasında Azərbaycan dili öyrədilir” – Kanada azərbaycanlıları

“Torontoda soydaşlarımızın yeni tədris ilinə (2024-2025-ci il) start verilib”.

Bu barədə Diaspora.TV-yə açıqlamasında Kanadada yaşayan azərbaycanlı müəllim, Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova bildirib.

Y.Cəfərovanın sözlərinə görə, artıq 19-cu ildir Toronto şəhər Təhsil Mərkəzinin tərkibində Azərbaycan dili tədris olunur.

“Böyük fəxrlə demək istəyirəm ki, biz yeni tədris ilinə başlamışıq. İstəyirik ki, siniflərimizin sayı daha da çox olsun. Hər şey soydaşlarımızdan asılıdır. Onlar aktiv olsalar, övladlarını Azərbaycan dilini öyrənmək üçün məktəbimizə yazdırsalar siniflərimizin də sayı artar”.

“Dərslər iki sinifdə, 4 yaş məktəbəqədər sinifdən 3-cü sinifə qədər, 4-cü sinifdən 8-ci sinifədək hazırlıq keçirilir. Yaş qruplarında uşaqların sayı artdıqca siniflər də ayrılır. Hər sinifdə 25 nəfər olmalıdır ki, bu sinif öz fəaliyyətini davam etdirsin. Bu Kanada Təhsil Nazirliyinin qoyduğu qaydadır. Çox fərəhlidir ki, artıq 19 ildir 50-dən çox xarici dilin arasında Azərbyacan dili də tədris olunur. Ümid edirik ki, hər şey daha da yaxşı olacaq”, -deyə Y.Cəfərova bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...