Tarix: 21.09.2024 / 23:10
Son 5 ildə Türkiyədən 1 milyon insan   köç edib

Son 5 ildə Türkiyədən 1 milyon insan köç edib

Türkiyədən Avropa Birliyi, ABŞ və Kanadaya köçənlərin sayı 1 milyon nəfəri keçib.

Diaspora.TV xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Türkiyədə yüksək bahalaşmanın olduğu 2022 və 2023-cü illərdə Almaniyaya köçən və sığınacaq istəyən türklərin sayı xeyli artıb.

Son 5 ildə 132 min türk qeyri-qanuni yollarla Almaniyaya gedərək sığınacaq istəyib.

Son 2 ildə Almaniyaya viza ilə gedən və işə düzələn türklərin sayı da 130 mini keçib.

Şərhlər

Yaz...