Tarix: 18.11.2024 / 10:55
440 vəkil azərbaycanlı barəsində çıxarılan qərara    etiraz etdi

440 vəkil azərbaycanlı barəsində çıxarılan qərara etiraz etdi

440 vəkil İran ədliyyəsinin başçısı Mohsen Ejeiyə göndərdikləri məktubda azərbaycanlı vəkil Rza Fəqihi barəsində çıxarılan qərara etiraz edib.

Diaspora.TV xəbər verir ki, onlar bu ədalətsiz və qərəzli qərarın yanlış olduğunu bildiriblər.

“Hökumətlər vəkillərə lazımsız müdaxilələr, hədə-qorxular etməməli, onların peşə fəaliyyətlərini normal yerinə yetirmək üçün imkan yaratmalıdırlar”, – deyə məktubda bildirilib.

Qeyd edək ki, Rza Fəqihiyə 5 il həbslə yanaşı, 2 il ölkədən çıxma qadağası və 2 il siyasi partiyalara üzv olma məhdudiyyəti verilib.

Azərbaycanlı vəkil Rza Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir. O, indiyə qədər bir çox Güney Azərbaycanı milli fəalın vəkili kimi fəaliyyət göstərib./ GADTB



Şərhlər

Yaz...