Tarix: 15.08.2024 / 04:13
400 miqrantı kirayə götürdüyü mənzildə qeydiyyata alan şəxsə   cinayət işi açıldı

400 miqrantı kirayə götürdüyü mənzildə qeydiyyata alan şəxsə cinayət işi açıldı

Sankt-Peterburqdan olan bir iş adamı kirayə götürdüyü mənzildə 400-dən çox qanunsuz miqrantı qeydiyyata alıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Sankt-Peterburqda iqtisadi polis əməkdaşları qeyri-qanuni miqrantlardan pul qazanmağa qərar verən daha bir şəxsi saxlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk teleqram kanalında bildirib ki, Sankt-Peterburqlu bir sahibkar Demyan Bednı küçəsində mənzil kirayələyib və əvəzsiz mütəxəssisləri orada ödənişli qeydiyyata alıb. Son altı ayda o, bir mənzildə 400-dən çox qeyri-qanuni mühaciri qeydiyyata alıb və 800 min rubldan çox "qazanıb".

Qanunsuz miqrasiya ilə bağlı cinayət işi açılıb. Sankt-Peterburq sakini həbs edilməyib və müəyyən hərəkətlərə qadağa qoyularaq sərbəst buraxılıb. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamının mümkün şəriklərini axtarırlar.


Şərhlər

Yaz...