Haitinin şimal sahillərində qayığın yanması nəticəsində azı 40 miqrant ölüb, daha bir neçəsi yaralanıb.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bu barədə cümə günü BMT baş katibi Antonio Quterreşin müavini Fərhan Haq Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən məlumat verib.
"İki gün əvvəl Haiti Milli Miqrasiya İdarəsinin məlumatına görə, göyərtəsində 80 nəfərin olduğu bir qayıq Labadeidən Turks və Kaykos adalarına 250 kilometrlik səyahət edib", - Haq gündəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Haitinin şimalında Cap-Haitien yaxınlığında qayığın yanması nəticəsində ən azı 40 miqrant ölüb, bir neçəsi isə yaralanıb.
Sağ qalan 41 miqrant Haiti Sahil Mühafizəsi tərəfindən xilas edilib. Onlara tibbi yardım, qida, su və psixososial dəstək göstərildiyini deyən F.Haque, 11 qurbanın yaxınlıqdakı xəstəxanaya aparıldığını bildirib.