Noyabrın 26-da Almaniyadan deportasiya olunan daha 37 nəfər Azərbaycan vətəndaşı Bakıya yola salınıb. Bu proses Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında bağlanmış saziş çərçivəsində həyata keçirilib.
Diaspora.TV xəbər verir ki, geri qaytarılma prosesi Leipzig şəhərindən Bakıya çarter reysi ilə həyata keçirilib. Təyyarədə geri qaytarılan 37 nəfəri 97 nəfərlik polis və tibbi heyət müşayiət edib.
Gələn şəxsləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb.
2021-ci ildən bəri Almaniyadan Azərbaycana ümumilikdə 3000-dən çox vətəndaşı geri qaytarılıb. Onların 600-dən çoxu readmissiya prosesinə əsasən ölkəyə gətirilib.