Tarix: 23.05.2024 / 12:35
36 il sonra yenidən o səhnədə...   - Fotolar

36 il sonra yenidən o səhnədə... - Fotolar

“Mən Azərbaycan türküyəm, Qarslıyam. Türkiyədə Çavuşoğlu liseyini bitirmişəm. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində xoreoqraf təhsili aldıqdan sonra Ukrayna Dövlət Konservatoriyasında xoreoqraf kimi fəaliyyət göstərdim”.

Bu sözləri Daispora.TV-yə açıqlamasında xoreoqraf, təşkilatçı Dəniz İme deyib.

D.İme bildirib ki, Ukraynada bir müddət rəqs müəllimi kimi fəaliyyət göstərdikdən sonra İstanbula qayıdıb və fəaliyyətini orada davam etdirib:


“Azərbaycan rəqqaslarından Qəhrəman Nəsirov və Məhərrəm Əliyevdən dərs almışam. İstanbula qayıdandan sonra müxtəlif üniversitetlərdə, məktələrdə Azərbaycan rəqsləri, Qafqaz xalq rəqslərini uşaqlara, gənclərə öyrətdim. Bu ad altında Azərbaycan rəqslərini, musiqi mədəniyyətini bildiyim qədəri ilə aşılamağa, tanıtmağa çalışdım”.


D.İme qeyd edib ki, İstanbulda Azərbaycan rəqs mədəniyyətini tanıtmaq üçün bir çox tədbirlər təşkil edib:

“2018-ci ildən sonra həm də tədbirlərin təşkilatçısı kimi fəaliyyət göstərirəm. Azərbaycan mədəniyyətini təmsil etmək, insanlar arasında mədəni körpü yaratmaq üçün fəaliyyətimizi və konsertlərimizi davam etdiririk. Mayın 25-də Azərbaycan Dövlət Rəqs Ansambılı ilə 28 may Respublika Günü ilə bağlı açıq hava konsert proqramı ilə çıxış edəcəyik. Sonra isə Cemil Topzulu açıq hava teatrında Azərbaycan Dövlət Rəqs Ansamblını tam heyətlə qarşılayıb, Türkiyədə sənətsevərlərlə görüşdürəcəyik. Onlar bu səhnədə son dəfə 36 il əvvəl olublar. Beləliklə də “Bir millət, iki dövlət” sloqanı ilə mədəniyyətimizi yaşatmağa çalışacağıq”.


Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...