Tarix: 03.10.2024 / 09:54
3+3 formatında iştirak çox düzgün qərar idi   - Paşinyan

3+3 formatında iştirak çox düzgün qərar idi - Paşinyan

"Ermənistan hökuməti balanslaşdırılmış xarici siyasət həyata keçirir. Mən özüm də demişəm ki, Ermənistanın yürütdüyü siyasət bir-birini tamamlayan siyasət deyil, balanslaşdırılmışdır".

Diaspora.TV xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasında hökumətlə sual-cavab iclasında baş nazir Nikol Paşinyan deyib.

"3+3 formatında iştirakımız məsələsi həll olunanda və biz iştirak etmək qərarına gələndə bu qərar ciddi tənqid olundu. Amma indi deyə bilərəm ki, bu, çox düzgün qərar idi. Bizim xarici siyasətimiz regional ölçüləri vurğulayır”, - deyə Paşinyan bildirib.

Baş nazir bəyan edib ki, Ermənistanın İranla münasibətləri siyasi qərarın nəticəsi deyil, normaldır.

"Gürcüstanla münasibətlər haqqında da eyni şeyi deyə bilərik. Bizim siyasətimiz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına yönəlib. Müstəqilliyimiz dövründə biz xarici siyasət yükünü əsgərin çiyninə qədər yükləmişik. Bu şəkildə tamamlayıcılıq bizim təhlükəsizliyimizin zəmanəti oldu, bu, qonşularımızla normal bir əlaqənin olmasıdır. Xarici təminatlardan çox danışılır. Birbaşa deyəcəm: heç olmasa bundan sonra buna inanmamalıyıq. Biz öz təhlükəsizliyimizi təmin etməliyik; lakin təkcə əsgər və ordu ilə deyil, həm də siyasətimiz, iqtisadiyyatımız, sosial-psixologiyamız, təxribatlara boyun əyməmək yanaşması ilə”, - deyə Paşinyan bildirib.


Şərhlər

Yaz...