Tarix: 15.10.2024 / 16:27
“3+3” formatında görüş İstanbulda   keçiriləcək

“3+3” formatında görüş İstanbulda keçiriləcək

Oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.

Diaspora.TV “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. “3+3” formatında nazirlərin üçüncü görüşü oktyabrın 18-də İstanbulda keçiriləcək. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcəklər”, - deyə H.Fidan əlavə edib.


Şərhlər

Yaz...