Tarix: 04.09.2024 / 14:10
Azərbaycanlılar da Gürcüstandan çıxarılır   - VİDEO

Azərbaycanlılar da Gürcüstandan çıxarılır - VİDEO

Ötən ay Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 33 əcnəbini ölkədən çıxarıb.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bəzi əcnəbi vətəndaşlar Gürcüstanı könüllü tərk ediblər, bəziləri isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.

Onların arasında Azərbaycan, İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiyadan olan 33 əcnəbi olub.

"Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsidir”, - məlumatda deyilir.


Şərhlər

Yaz...