Tarix: 19.06.2024 / 13:49
30 ildir Qarabağ atlarını təbliğ edən alman qadın   - Foto

30 ildir Qarabağ atlarını təbliğ edən alman qadın - Foto

Almaniyada fəaliyyət göstərən Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyətinin ("İG Karabagh und eurasische Pferderassen e.V") 30 illiyidir.

Diaspora.TV xəbər verir ki, artıq 30 ildir bu cəmiyyət Qarabağ at cinslərini Almaniya və Avropada yaymaqda davam edir.

1994-cü ildən fəaliyyət göstərən Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyətinin rəhbəri xanım Verena Scholiandır.

Qeyd edək ki, V.Scholian 1989-cu ildə Rusiyadan gətirilən "İnturist" adında bir at alıb, sənədləri kiril əlifbasında olduğu üçün bir mütəxəssisə oxutdurub. Məlum olub ki, "İnturist" Qarabağ at cinsindəndir. Bu at cinsləri barədə maraqlanmağa başlayıb. Araşdırmalarından aydın olub ki, yaradılması XVII-ci əsrə aid, dünyanın ən qiymətli at cinslərindən biridir. O vaxtdan etibarən Qarabağ atlarının yetişdirilib, artırılması ilə məşğul olub.

Xanım V.Scholianın Azərbaycanla ilk əlaqələri 2002-ci ildə yaranıb, tez-tez Şəkiyə gedib-gəlib, Qarabağ atlarının kataloqunu çap etdirib.

Qeyd edək ki, hələ 2016-cı ildə Almaniyada səfərdə olan millət vəkili Fazil Mustafa Qarabağ atları olan fermaya gedib.

"Adam pulsuz-parasız Azərbaycanı, Qarabağı, atlarımızı, mədəniyyətimizi təbliğ edir, əvəzində isə çox maraqlı münasibətlə qarşılaşıb. Soyadı Şolian (Şoliyan yox a...) olduğuna görə hava limanında çıxışda xeylı rahatsız ediblər. Şəcərəsi ilə tanış oldum, bu qadının yeddi arxa dönəni təmiz almandır. Hər yanda Azərbaycanı təbliğ edir, Qarabağ adını alman cəmiyyətinə tanıtdırır, biz isə adamı erməni çıxarıb ölkəmizdən incik salırıq",- deyə millət vəkili hələ o zaman belə bir paylaşım etmişdi.

Diaspora.TV







Şərhlər

Yaz...